“Liverpul” Adrian ilə müqavilə yenilədi

İngiltərənin “Liverpul” klubu qapıçısı Adrian ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İspaniyadan olan 34 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Amma onun ən azı növbəti mövsümün sonuna kimi İngiltərə klubunda qalacağı dəqiqdir.

Qeyd edək ki, Adrian 2019-cu ildə “Vest Hem”dən “Liverpul”a gəlib. O, ötən mövsüm bu komandanın heyətində 6 matçda meydana çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: