“Liverpul” antirekorda imza atdı

İngiltərə Premyer Liqasının “Fulhem”lə 31-ci tur səfər oyununda 2:3 hesablı məğlubiyyət “Liverpul” üçün antirekordla əlamətdar olub.

Arena.az “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir ki, “qırmızılar” 2020-ci ildən bəri ilk dəfə olaraq, bir hissə ərzində qapısında 3 qol görüblər.

Sözügedən komanda sonuncu dəfə 2020-ci ilin oktyabr ayında İngiltərə Premyer Liqasının “Aston Villa” ilə oyununda bir hissə ərzində 3 qol “yemişdilər”. Həmin oyunda “Aston Villa” “qırmızılar”ı 4:1 hesabı ilə məğlub etmişdi.

Məğlubiyyətə rəğmən, 31 oyundan 73 xalla “Liverpul” İngiltərə Premyer Liqasının yarış cədvəlinin zirvəsindəki mövqeyini qoruyur. “Fulhem” isə 48 xalla 8-ci pillədədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: