“Liverpul” “Arsenal”la bacarmadı

Futbol üzrə İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

“Liverpul” doğma meydanda “Arsenal”la qarşılaşıb. London təmsilçisi bu matçın 24-cü dəqiqəsindən etibarən azlıqda oynamasına baxmayaraq, qarşılaşmada hesab açılmayıb. Bu komandalar arasındakı cavab görüşü ayın 20-də “Arsenal”ın stadionunda keçiriləcək.

Xatırladaq ki, İngiltərə Liqa Kubokunda ilk finalçı artıq bəllidir. “Tottenhem”i iki oyunun nəticəsinə əsasən (2:0, 1:0) üstələməyi bacaran “Çelsi” finaldakı rəqibini gözləyir.

İngiltərə Liqa Kuboku
Yarımfinal
13 yanvar

Liverpul – Arsenal 0:0