“Liverpul” “Fulhem”i ilk yarımfinal matçında məğlub etdi

“Liverpul” futbol üzrə İngiltərə Liqa kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, Mersisayd komandası Premyer Liqanın digər təmsilçisi “Fulhem”i qəbul edib.

Üç qolun qeydə alındığı matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada hesabı ilk hissədə qonaqlar açsa da, yekunda “qırmızılar” əzmkar qələbəyə imza atmağı bacarıblar. Bu komandalar arasında cavab oyunu yanvarın 24-də keçiriləcək.

Xatırladaq ki, İngiltərə Liqa Kubokunda digər finalçının “Çelsi” ilə “Midlsbro” arasındakı cavab oyununda aydınlıq gələcək.

İngiltərə, Liqa Kuboku
Yarımfinalın ilk oyunları
9 yanvar

Midlsbro – Çelsi 1:0
Qol: Hakni, 37.

10 yanvar

Liverpul – Fulhem 2:1
Qollar: Cons, 68. Qakpo, 71 – Villian, 19.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: