İngiltərənin “Liverpul” klubu komandanın 26 yaşlı kolumbiyalı vingeri Luis Diasla yollarını ayırmaq fikrində deyil.
Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir.
Klub rəhbərliyi Luis Dias üçün Səudiyyə Ərəbistanı Liqasının təmsilçisi “Əl-Hilal”dan gəlmiş 50 milyon avro məbləğində şifahi təklifi baxışdan belə, keçirmək fikrində deyil.
Kolumbiyalı vinger “Liverpul”un baş məşqçisi Yurgen Klopun strateji planlarına daxildir.
Geridə qalmış 2022/2023 mövsümündə Luis Dias “Liverpul”un heyətində 21 oyuna çıxıb, 5 qol vurub, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı Luis Diası 75 milyon avro məbləğində qiymətləndirir.


