“Liverpul” Mbappeni icarəyə götürməyə çalışır

İngiltərənin “Liverpul” klubu Fransa çempionu PSJ-nin hücumçusu Kilian Mbappeni icarəyə götürmək üçün parislilərlə danışıqlar aparır.

Arena.az bu barədə “Mirror”a istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Paris klubunun rəhbərliyi ulduz hücumçuya dair “Əl-Hilal”la anlaşmanın uğursuzluğa düçar olmasından hiddətlənib. Ərəblər bu transer üçün parislilərə 300 milyon avro vəd vermişdilər. Mbappe isə Ərəbistana yollanmaqdan imtina edib. PSJ-nin futbolçuya zor tətbiq etmək hüququ yoxdur.

Eyni zamanda, Fransa nəhəngi ulduz futbolçusunu gələn ilin yayında havayı itirmək istəmir. Hazırda gözləmə mövqeyi tutmuş “Real” Mbappenin məhz bu şərtlər daxilində Madridə gəlməsini hədəfləyib. Odur ki, PSJ ixtiyari sərfəli təklif müqabilində Mbappeni satıb canını qurtarmaq istəyir.

Bu arada “Liverpul”un Mbappeyə müştəri çıxdığı deyilir. “Qırmızılar”ın rəhbərliyi fransalı ulduz üçün konkret təklif də hazırlayıb. “Liverpul”un imkanı bir illik ödənişli kreditə çatır. “Liverpul” rəhbərliyi Mbappenin klub haqda hörmətcil münasibətinə ümidlidir, eyni zamanda fransalı ulduzun anası Fayza Lamarinin “Liverpul”un ehtiraslı azarkeşi olması amili “qırmızılar”ı ruhlandırır.
Həmçinin “Liverpul”un baş məşqçisi Yurgen Klopp vaxtilə ulduz futbolçu “Monako”dan PSJ-yə keçməzdən əvvəl, Mbappenin nümayəndələri ilə mümkün transferi müzakirə edib. Mbappenin özünün də Klopp haqqında müsbət fikirlər söyləydiyi vurğulanır.

Xatırladaq ki, daha əvvəl PSJ Mbappeni, klubun Yaponiyaya təlim-məşq toplanışına göndərdiyi heyətdən xaric edib və mətbuatın yazdığına görə, satışa çıxarıb. PSJ rəhbərliyi klubun bu addımını Mbappenin “Real”la gizli anlaşma əldə etməsinə əmin olması ilə əsaslandırıb. Həmçinin PSJ-nin Mbappenin qarşıdakı mövsümdə komandada qalacağı halda, ulduzu Çempionlar Liqasının iştirak ərizəsinə daxil etməyəcəyi barədə məlumat yayılıb. Ümumiyyətlə, Paris klubunun rəhbərliyi klubda qeyri-sağlam ab-hava yaratmış Mbappe ilə Paris komandasının bir daha meydana çıxmaması tədbiri üzərində düşünür.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: