İngiltərənin “Liverpul” klubu müdafiəçisi Nataniel Fillips ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Nataniel Fillips 2016-cı ildən “Liverpul”dadır. O, 2019-cu ildən klubun əsas komandasında forma geyinir. İngilis mərkəz müdafiəçisi bu komandada meydana çıxdığı 21 oyunda 1 qol da vurub.
24 yaşlı futbolçu 2019/20 mövsümündə “Ştutqart”da icarədə də oynayıb.


