2024/2025-ci illər mövsümünün çempionluğunu erkən surətdə təmin etmiş “Liverpul” İngiltərə Premyer Liqasında antirekorda imza atıb.
Arena.az xəbər verir ki, bu, Mersisayd təmsilçisinin Premyer Liqanın 37-ci turunda “Brayton”a uduzması (2:3) nəticəsində gerçəkləşib.
Belə ki, “qırmızılar” qızıl mükafatı təmin etdikdən sonra çempionatda keçirdiyi üç matçın heç birində qalib gələ bilməyən ilk komandaya çevrilib.
“Liverpul” daha əvvəl “Arsenal”la heç-heçə (2:2) edib, “Çelsi”yə isə məğlub (1:3) olub.
Qeyd edək ki, Arne Slotun baş məşqçisi olduğu kollektiv sonuncu turda “Kristal Pelas”ı qəbul edəcək.


