Futbol üzrə İngiltərə Premyer Liqasının 25-ci turunun “Vulverhempton”la oyununda “Liverpul” statistik antirekordu ilə diqqət çəkib.
Arena.az bu barədə “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir.
Belə ki, “qırmızılar” 2:1 hesablı qələbə qazandıqları ev oyununun ikinci hissəsində rəqib qapısına bircə zərbə belə, endirə bilməyiblər. Sözügedən komanda öz qollarını 15-ci (Luis Dias) və 37-ci (Məhəmməd Salah) dəqiqələrdə vurub.
Bununla da klub 21 il əvvəlki – 2003/2004-cü illər mövsümündə “Enfild”də yaşadığı müvafiq antirekordu təkrarlayıb.
25 oyunda topladığı 60 xalla “Liverpul” İngiltərə Premyer Liqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Vulverhempton” isə 19 xalla 17-ci pillədədir.


