“Liverpul” yeni oyunçularının müvəqqəti nömrələrini açıqladı

“Liverpul” “qırmızılar”ın yeni oyunçularının daimi nömrələrini müəyyənləşdirənə qədər, onlara müvəqqəti nömrələr təyin edib.

Arena.az bu barədə klubun rəsmi saytına istinadən məlumat verir.

Beləliklə, yeni oyunçuların nömrələrini təqdim edirik:

55 – Georgi Mamardaşvili;
56 – Freddi Vudman;
57 – Miloş Kerkez;
58 – Florian Virts;
59 – Ceremi Frimponq;
60 – Armin Peçi.

Bu nömrələr yeni mövsüm öncəsində “Liverpul”un hazırlıq oyunlarında istifadə ediləcək, yeni mövsümdən isə daimi nömrələrlə əvəzlənəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: