İngiltərənin “Liverpul” klubunun idarə heyətinin sədri Tom Verner bildirib ki, “qırmızılar”ın oyununu dünyada 1 milyarda yaxın insan izləyir.
Arena.az “This is Anfield” dərgisinə istinadən, Vernerin müvafiq açıqlamasını təqdim edir:
“Biz “Liverpul”un dünyəvi gücünü gözəl başa düşürük. Klubumuzun dünyaya təsiri bu gün Premyer Liqada ən güclüdür. Biz İngiltərə Premyer Liqasının yeganə klubuyuq ki, 2024-cü ilin avqust ayından 2025-ci ilin mart ayına qədər müddətdə televiziyada 500 milyondan çox baxış əldə etmişik. Ötən mövsüm biz sosial şəbəkələrdə 1,7 milyard qarşılıq görmüşük. Bu, müstəsna sayda qarşılıq deyil, amma buna rəğmən, nəhəng saydır.
Bir çox amerikanlar futbolun dünyəvi gücünü hələ də dərk etmirlər. Amma biz düşünürük ki, hazırda “Liverpul”u bütün dünyada 1 milyarda yaxın insan izləyir”, deyə Verner vurğulayıb.
Xatırladaq ki, sözügedən komanda İngiltərə Premyer Liqasının cari çempionu adını daşıyır.


