Luis Enrike: “İxtiyarımda olan heyətdən çox məmnunam”

Fransa çempionu PSJ-nin baş məşqçisi Luis Enrike komanda heyətində böyük növbələşməyə dair sualı cavablayaraq, çalışdırdığı heyətdən razılığını bildirib.

Arena.az PSJ-nin mətbuat xidmətinə istiandən, ispan mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Bizim, qarşımızda qoyduğumuz məqsdələrə çatmaq üçün 16, 18 ya hətta 20 oyunçuya gərəyimiz var. Biz, onların hamısının komanda üçün vacib olmasına çalışırıq. Bu, çətindir, amma mən düşünürəm ki, bu, özünü ən yaxşı surətdə təzahür etdirmək üsuludur. Bu mənada mən ixtiyarmda olan heyətimdən çox razıyam”, deyə Luis Enrike vurğulayıb.

Xatırladaq ki, cari mövsümdə PSJ Fransa Liqa 1-də çempionluğunu erkən surətdə təmin edib. Parislilər həmçinin Fransa Kubokunun finalına vəsiqə qazanıblar və Çempionlar Liqasının yarımfinalına çıxıblar.