Futbol üzrə Braziliya millisinin yarımmüdafiəçisi Lukas Moura bu mövsümün sonunda İngiltərənin “Tottenhem” klubundan ayrılacaq. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 30 yaşlı vinger mövsümün sonunda London təmsilçisini tərk edəcək. Onun bu il iyunun 30-da başa çatacaq müqaviləsinin müddəti uzadılmayacaq. Azad agent statusu alacaq təcrübəli yarımmüdafiəçi ona daha sərfəli təklif göndərən klubla müqavilə bağlaya biləcək.
Xatırladaq ki, Lukas Moura 2018-ci ilin yanvar ayında Fransanın PSJ klubundan 28.40 milyon avro qarşılığında “Tottenhem”ə keçmişdi. Sa cinah vingeri London klubunun heyətində meydana çıxdığı 219 oyunda 38 qol vurub, 27 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı yarımmüdafiəçi PSJ-də də 229 oyuna 46 qol vurub, 48 asist edib. O, Avropaya gələnə qədər ölkəsində “San Paulo”nun şərəfini qoruyub – 94 oyun, 24 qol, 21 asist.
Moura Braziliya milli komandasında da 35 oyun keçirib. O, bu görüşlərdə 4 qol da vurub.


