“Mançester Siti” Liqa Kubokunda “Liverpul”a qalib gəldi

Futbol üzrə İngiltərə Liqa Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

Son oyunda “Mançester Siti” “Liverpul”la qarşılaşıb. Futbol ictimaiyyətinin “erkən final” kimi dəyərləndirdiyi bu oyun kifayət qədər məhsuldar alınıb. Beş qolun qeydə alındığı matçın yekununda “şəhərlilər” qələbəyə sevinən tərəf olub.

Xatırladaq ki, daha öncə “Lester Siti”, “Nyukasl”, “Sauthempton”, “Vulverhempton”, “Nottingem Forest”, “Çarlton” və “Mançester Yunayted” də 1/4 finala yüksəlmişdilər.

İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsində üz-üzə gələcək komandalar püşkatmadan sonra müəyyənləşəcək.

İngiltərə Kiqa Kuboku
1/8 final
20 dekabr

Dons – Lester Siti 0:3
Nyukasl – Bornmut 1:0
Sauthempton – Linkoln 2:1
Vulverhempton – Gillingem 2:0

21 dekabr

Blekbern – Nottingem Forest 1:4
Çarlton – Brayton 1:0
Mançester Yunayted – Bernli 2:0

22 dekabr

Mançester Siti – Liverpul 3:2

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: