“Mançester Yunayted” də Liqa Kubokunda 1/4 finala yüksəldi

Futbol üzrə İngiltərə Liqa Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

Belə ki, “Nottingem Forest” “Blekbern”ə, “Mançester Yunayted” isə “Bernli”yə qalib gələrək 1/4 finala yüksəlib. “Brayton” isə “Çarlton”la oyunda məğlub olaraq kubokda mübarizəni dayandırıb.

Xatırladaq ki, daha öncə “Lester Siti”, “Nyukasl”, “Sauthempton” və “Vulverhempton” da növbəti mərhələyə vəsiqə qazanmışdı.

İngiltərə liqa kubokunda 1/8 final mərhələsinə bu gecə keçiriləcək “Mançester Siti” – “Liverpul” oyunu ilə yekun vurulacaq.

İngiltərə Liqa Kuboku
1/8 final
20 dekabr

Dons – Lester Siti 0:3
Nyukasl – Bornmut 1:0
Sauthempton – Linkoln 2:1
Vulverhempton – Gillingem 2:0

21 dekabr

Blekbern – Nottingem Forest 1:4
Çarlton – Brayton 1:0
Mançester Yunayted – Bernli 2:0

22 dekabr

00:00. Mançester Siti – Liverpul

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: