“Mançester Yunayted” Liqa Kubokunda finala yaxınlaşdı

Futbol üzrə İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

“Nottingem Forest” doğma meydanda “Mançester Yunayted”lə qarşılaşıb. Rəqibi üzərində 3 cavabsız qolla qələbə qazanan “qırmızı şeytanlar” finala vəsiqəni demək olar ki, təmin ediblər.

Xatırladaq ki, ilk oyun günündə “Sauthempton” doğma meydanda “Nyukasl”a minimal hesabla uduzub.

İngiltərə Liqa Kubokunda yarımfinal görüşləri iki oyundan ibarətdir. Cavab qarşılaşmaları 1-2 fevralda baş tutacaq.

İngiltərə Liqa Kuboku
Yarımfinalın ilk oyunları
24 yanvar

Sauthempton – Nyukasl 0:1
Qol: Joelinton, 73.

25 yanvar

Nottingem Forest – Mançester Yunayted 0:2
Qol: Raşford, 6. Veqhorst, 45. B.Fernandes, 89.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: