Manor Solomon rəsmən “Tottenhem”də!

Futbol üzrə İsrail yığmasının və Donetsk “Şaxtyor”unun hücumçusu Manor Solomon “Tottenhem”lə müqavilə bağlayıb.

Arena.az bu barədə London klubunun rəsmi saytlna istinadən xəbər verir.

Tərəflər 5 illik (2028-ci ilin 30 iyununa kimi) müqaviləyə imza atıblar.

Buna qədər Solomonun transfer hüququ “Şaxtyor”a məxsus olub. Solomon 2019-cu ildən “şaxtaçılar”ın heyətində 106 oyuna çıxıb, 22 qol vurub, 9 məhsuldar ötürmə verib. Solomon karyerasını “Makkabi” (Petah Tikva) klubunda başlayıb.

Manor Solomon 2022/2023 mövsümündə icarə əsasında “Fulhem”də çıxış edib. O, Premyer Liqa təmsilçisinin heyətində 24 oyunda meydana çıxıb, 5 qol vurub.

23 yaşlı futbolçu İsrail yığmasının heyətində 35 oyuna çıxıb, 7 qol vurub, 9 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı Manor Solomonu 18 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: