Mark Tamaş “Neftçi”yə lazım olmadı – Rəsmi

“Neftçi” Peşəkar Futbol Klubu Macarıstandan olan müdafiəçisi Mark Tamaş ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Paytaxt təmsilçisi macar futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, 2023-cü ilin iyulunda transfer olunmuş Tamaş “Neftçi”nin heyətində 39 rəsmi oyun keçirib. 31 yaşlı mərkəz müdafiəçisi bu oyunlarda 3 məhsuldar ötürmə müəllifi olub.

Futbol üzrə Macarıstan milli komandasında da oynamış Tamaş “Neftçi”yə Rumıniyanın “Sepsi” klubundan 150 min avro müqabilində keçmişdi. Onun “ağ-qaralar”la 2025-ci ilin 30 iyununa kimi müqaviləsi vardı.

Mark Tamaş karyerası ərzində Macarıstanın “Videoton” (2012-2013), “Puşkaş Akademiya” (2013-2015), “Dioşqyör” (2015-2020), Polşanın “Şlask” klublarında da çıxış edib. O, Macarıstan milli komandasının heyətində 1 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: