İtaliyanın “Milan” klubu müdafiəçisi Matteo Qabbiya ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı müdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb. Əvvəlki sözləşmənin müddəti bu ilin yayına qədər idi.
Matteo Qabbiya “Milan”ın öz yetirməsidir. O, 2017-ci ildən klubun əsas komandasında forma geyinir. Bu mövsüm 7 oyuna çıxan futbolçu, bütövlükə əsas komandada 31 matç keçirib. İtaliyanın U-21 yığmasının sabiq üzvü, 2018/19 mövsümündə “Lukkeze”də icarədə də oynayıb.


