“Çelsi”nin argentinalı baş məşqçisi Maurisio Poçettino heç vaxt çalışdırmayacağı iki komandanın adını çəkib.
Arena.az xəbər verir ki, “Poç” həmçinin “zadəganlar”ın Premyer Liqada argentinalı mütəxəssisin keçmiş komandası, hazırda Angelos Postekoqlunun çalışdırdığı “Tottenhem”lə qarşıdakı oyunu ilə bağlı duyğularını paylaşıb:
“Heç vaxt çalışmayacağım yeganə komandalar “Arsenal” və “Barselona”dır.
Dörd ildən sonra “mahmızlar”la qarşılaşmaq qəribə hissdir, amma xoşbəxt gün olacaq. Mən hiss edirəm ki, “Tottenhem” həqiqətən də çempionluğu qazana bilər, çünki onlar əla iş görürlər”, deyə “Poç” bildirib.
Xatırladaq ki, Poçettino “Tottenhem”i 5 il – 2014/2015 mövsümündən 2019/2020 mövsümünə qədər çalışdırıb. 2019-cu ildə “Poç” “mahmızlar”ı Çempionlar Liqasının finalına çıxarıb, amma burda Yurgen Klopun “Liverpul”una 0:2 hesabı ilə məğlub olub.
Maurisio Poçettino “Çelsi”ni 2023-cü ilin iyulundan çalışdırır. Argentinalı mütəxəssisin “zadəganlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Poç” “Çelsi”ni 13 oyuna çıxıarb, 6 qələbə qazanıb, 3 heç-heçə edib, 4 məğlubiyyət alıb, top fərqi 18:12 nisbətindədir.


