Mert Günok “Beşiktaş”ı tərk etdi – Rəsmi

Futbol üzrə Türkiyə milli komandasının və “Beşiktaş”ın qapıçısı Mert Günok onu heyətdə görmək istəməyən İstanbul klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə “qara qartallar”ın mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, “Beşiktaş” bir müddət əvvəl 2 futbolçusunu – qapıçı Mert Günok və yarımmüdafiəçi Necip Uysalı əsas komandanın heyətindən kənarlaşdırdığını açıqlamışdı. Necipin məsələsi açıq qalsa da, Mert klubla müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etdirib və azad agent statusu alıb. Onun tezliklə başqa bir klubla rəsmi müqaviıəyə imza atması gözlənilir.

Mert Günok 2021/2022-ci illər mövsümündən bu yana İstanbul təmsilçisinin qapısını qoruyurdu. 36 yaşlı türkiyəli qolkiper bu komandanın heyətində meydana çıxdığı 130 oyunda 153 qol buraxıb, 38 matçda qapısını toxunulmaz saxlayıb. O, bu komanda ilə Türkiyə Kubokunun və Türkiyə Super Kubokunun qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: