Milan derbisində heç-heçə, “Napoli”dən xal itkisi

Futbol üzrə İtaliya A Seriyasında 12-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

“Udineze” “Sassuolo”nu, “Latsio” isə “Salernitana”nı məğlub yola salıb. “Sampdoriya” isə “Bolonya” ilə oyundan məğlubiyyətlə ayrılıb.

Joze Mourinyolu “Roma” “Venetsiya” səfərinə yollanıb. Paytaxt təmsilçisi bu oyunda da məğlubuyyətlə üzləşib.

Lider “Napoli” isə “Verona”nın müqavimətini qırmağı bacarmayıb. Komandalar meydanı hərəyə 1 xalla tərk ediblər.

Turun mərkəzi görüşü Milan şəhərində keçirilib. Son çempion “İnter” bu mövsüm uğurlu çıxış edən və hələ məğlub olmayan “Milan”la üz-üzə gəlib. Bu qarşılaşmada da qalib müəyyənləşməyib.

İtaliya A Seriyası
12-ci tur
5 noyabr

Empoli – Cenoa 2:2
Qol: Di Françesko, 62. Jurkovski, 72 – Krişito, 13-pen. Byanki, 89.

6 noyabr

Spetsiya – Torino 1:0
Qol: Sala, 58.

Yuventus – Fiorentina 1:0
Qol: Kuadrado, 90+1.

Kalyari – Atalanta 1:2
Qol: J.Pedro, 27 – Paşaliç, 6. Sapata, 43.

7 noyabr

Venetsiya – Roma 3:2
Qol: Kaldara, 3. Aramu, 65-pen. Okereke, 74 – Şomurodov, 43. Abraham, 45+2.

Sampdoriya – Bolonya 1:2
Qol: Torsbi, 77 – Svanberq, 47. Arnautoviç, 78.

Udineze – Sassuolo 3:2
Qol: Deulofeu, 8. Frattesi, 39-öz qapısına. Beto, 51 – Berardi, 15. Frattesi, 28.

Latsio – Salernitana 3:0
Qol: İmmobile, 31. Pedro, 36. Alberto, 69.

Napoli – Verona 1:1
Qol: Di Lorenso, 18 – Simeone, 13.

Milan – İnter 1:1
Qol: De Vrey, 17-öz qapısına – H.Çalhanoğlu, 11-pen.