Mourinyo A Seriyasını tənqid etdi

“Roma”nın baş məşqçisi Joze Mourinyo komandasının İtaliya çempionatının 10-cu turunda “İnter”lə oyundakı (0:1) məğlubiyyətini şərh edib.

Arena.az “Tuttomercatoweb” dərgisinə istinadən xəbər verir ki, portuqal mütəxəssis qarşılaşmanın keçirildiyi gündən şikayətlənib:

“A Seriyası rəhbərliyi oyunu bazar ertəsi deyil, bazar günü keçirməklə bizə daha bir hədiyyə verdi. Biz bura komandanın yarısı ilə gəlmişik. Təəssüf edirəm ki, futbolçulara hörmət yoxdur. Bütün yığılmış yorğunluqla, oyuna hazırlaşmaq üçün az vaxtla, düşünürəm ki, uşaqlar vacib oyun keçirdilər. Hamı – tək mən yox, onlar da elə hiss edirdilər ki, rəqibin stadionunda keçirilən qarşılaşma heç-heçə bitəcək. Komanda bütün çətinliklərin öhdəsindən sakitcə gəldi. Kədərlənirəm, çünki biz daha çox şeyə layiq idik”, deyə Mourinyo bildirib.

Xatırladaq ki, “İnter” qələbə sayəsində 25 xalla A Seriyasının liderliyini təmin edib. “Roma” isə 14 xalla 8-ci yerdə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: