MS və “Çelsi” Liqa Kubokunda mübarizəni dayandırdılar

Bu gün futbol üzrə İngiltərə Liqa Kubokunda 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Aston Villa” – “Kristal Pelas” matçında qonaqlar qalib gəliblər.

Səfərdə “Brayton”la qarşılaşan “Liverpul” da çətin qələbə sayəsində növbəti mərhələyə yüksəlib.

“Mançester Yunayted” “Lester Siti”ni, “Arsenal” isə “Preston”u darmadağınla mübarizədən kənarlaşdırıb.

“Çelsi” səfərdə “Nyukasl”a, “Mançester Siti” də “Tottenhem”ə uduzaraq mübarizəni dayandırıb.

İngiltərə, Liqa Kuboku
1/8 final mərhələsi
29 oktyabr

Sauthempton – Stok Siti 3:2
Qollar: Bellis, 19. Armstronq, 35. Bri, 88 – Fillips, 45. Kannon, 54.

Brentford – Şeffild Uensdey 1:1 (penaltilər 5:4)
Qollar: Şade, 11 – Qassama, 57.

30 oktyabr

Brayton – Liverpul 2:3
Qollar: Adinqra, 81. Lampti, 90 – Qakpo, 46; 63. L.Dias, 85.

Aston Villa – Kristal Pelas 1:2
Qollar: Duran, 23 – Eze, 8. Kamada, 64.

Mançester Yunayted – Lester Siti 5:2
Qollar: Kazemiro, 15; 59. Qarnaço, 28. B.Fernandes, 36; 59 – El Xannuss, 33. Koadi, 45+4.

Nyukasl – Çelsi 2:0
Qollar: A.İsak, 23. Disasi, 26-öz qapısına.

Preston – Arsenal 0:3
Qollar: Q.Jezus, 24. Nvaneri, 33. Haverts, 57.

Tottenhem – Mançester Siti 2:1
Qollar: Verner, 5. Sarr, 25 – M.Nunes, 45+4.

Artıq İngiltərə Liqa Kubokunda 1/4 final cütləri də məlumdur. Dekabrın 18-də baş tutacaq bu mərhələnin oyunlarında aşağıdakı komandalar üz-üzə gələcəklər:

Arsenal – Kristal Pelas
Nyukasl – Brentford
Sauthempton – Liverpul
Tottenhem – Mançester Yunayted

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: