Futbol üzrə İngiltərə Liqa Kubokunda 2023/2024 mövsümünün 1/16 final mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə yeddi qarşılaşma baş tutub.
“Kristal Pelas”la qarşılaşan “Mançester Yunayted” 3 cavabsız qolla qalib gələrək 1/8 finala yüksəlib. “Solford Siti”nin qonağı olan “Börnli” də darmadağınla mərhələ adlayıb. “Vulverhempton” isə “İpsviç Taun” səddini keçə bilməyib. Premyer Liqanın debütantı “Luton Taun” da “Ekseter Siti”yə uduzaraq mübarizəni dayandırıb.
Bu gün “Midlsbro”, “Mensfild” və “Port Veyl” də 1/8 finala vəsiqə qazanıblar.
Liqa Kubokunda 1/16 final mərhələsinin qalan qarşılaşmaları sabah – sentyabrın 27-də keçiriləcək.
İngiltərə Liqa Kuboku
1/16 final
26 sentyabr
Bredford Siti – Midlsbro 0:2
Ekseter Siti – Luton Taun 1:0
Mançester Yunayted – Kristal Pelas 3:0
İpsviç Taun – Vulverhempton 3:2
Mensfild – Peterboro Yunayted 2:2 (penaltilər 3:1)
Port Veyl – Satton Yunayted 2:1
Solford Siti – Börnli 0:4
27 sentyabr
22:45. Çelsi – Brayton
22:45. Aston Villa – Everton
22:45. Bornmut – Stok Siti
22:45. Linkoln Siti – Vest Hem
22:45. Brentford – Arsenal
22:45. Fulhem – Norviç Siti
22:45. Bləkbörn – Kardiff Siti
22:45. Liverpul – Lester Siti
23:00. Nyukasl – Mançester Siti


