“Neftçi” antirekorda doğru: 2 oyun qaldı

“Neftçi” futbol üzrə Azərbaycan Premyer Liqasında ardıcıl üçüncü məğlubiyyətini alıb. Arena.az xəbər verir ki, Bakı klubu 9-cu turda “Qarabağ”a 0:4, 10-cu turda “Keşlə”yə 2:3, 11-ci turda “Sabah”a 1:2 hesabı ilə uduzub.

Paytaxt təmsilçisi ölkə çempionatları tarixində 10-cu dəfə ardıcıl üç və ya daha artıq görüşdə xalsız qalıb. Sonuncu belə seriya 2017-ci ilin sentyabrında qeyd alınıb. “Ağ-qaralar” 2017/18 mövsümündə “Sumqayıt”a 0:1, “Zirə” və “Qəbələ”yə eyni – 1:2 hesabı ilə yenilib.

Qeyd edək ki, ilk belə seriyası 2009-cu ildə gerçəkləşən “Neftçi”nin antirekordu 5 məğlubiyyətdən ibarətdir.