“Neftçi” yarımmüdafiəçisi Asim Əlizadəni icarəyə verib. Arena.az xəbər verir ki, paytaxt təmsilçisinin yetirməsi olan 22 yaşlı futbolçu bundan sonra karyerasını Latviyanın “Dauqavpils” klubunda davam etdirəcək.
Bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb. Gənc futbolçunun bu mövsümün sonuna, yəni noyabrın 20-dək “Dauqavpils”də çıxış edəcəyi diqqətə çatdırılıb.
Asim Əlizadə “Neftçi”nin əvəzedici komandasının aparıcı futbolçularından biri idi. O, əsas komandanın heyətində ötən mövsüm 1, bu mövsüm 2 rəsmi oyunda meydana çıxıb. Asim Azərbaycanın U-21 yığmasının da üzvüdür.


