Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, püşkdə Azərbaycanın turnirdəki təmsilçisi “Neftçi”nin də potensial rəqibi məlum olub.
Azərbaycan çempionu Avropa Liqasının 3-cü mərhələsində Finlandiyanın HJK komandasını mübarizədən kənarlaşdırsa, pley-offda Türkiyənin “Fənərbaxça” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 19-da və 26-da keçiriləcək.
Avropa Liqası
Pley-off mərhələsi
Fənərbaxça (Türkiyə) – Neftçi (Azərbaycan)/HJK (Finlandiya)


