“Neftçi” Avstriyada hazırlaşacaq – ilk rəqib də bəllidir

Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olan “Neftçi” UEFA Çempionlar Liqasına Avstriyada hazırlaşacaq.

Arena.az xəbər verir ki, “ağ-qaralar”ın hazırlıq prosesi Zalsburq əyalətində təşkil olunacaq.

Hələlik toplanışın tarixi dəqiq açıqlanmasa da, rəqiblərdən biri məlumdur. Belə ki, “Neftçi” Zalsburqda Polşa çempionu “Legiya” ilə qarşılaşacaq. Varşava təmsilçisinin rəsmi saytı iyunun 20-də “Neftçi” ilə yoxlama görüşü keçirəcəklərini yazıb. “Neftçi” isə hələ hazırlıq planını açıqlamayıb.

“Legiya” iyunun 16-dan 24-dək olacaq Avstriya toplanışında 3 sınaq matçı keçirəcək. İunun 17-də ilk görüşdəki rəqib hələ bəlli deyil. Amma bu komandanın iyunun 23-də də Rusiyanın “Krasnodar” klubuyla qarşılaşacağı dəqiqləşib.

Onu da qeyd edək ki, “Legiya” “Qarabağ”dan ayrılan Azərbaycan millisinin hücumçusu Mahir Emrelini transfer etmək istəyir.

“Neftçi” bu mövsüm Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək. Paytaxt klubu mübarizəyə birinci təsnifat mərhələsindən start verəcək. İlk oyunlar 6-7 iyulda, cavab görüşləri 13-14 iyulda baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: