“Neftçi” Bruno Teluşi ilə vidalaşdı

“Neftçi” PFK dayaq yarımmüdafiəçisi Bruno Teluşi ilə başa çatan müqaviləni yeniləməyib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Albaniyalı futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, ötən ilin oktyabrında transfer olunmuş Teluşi “Neftçi”də 9 oyunda meydana çıxıb.

“Neftçi” daha öncə Keysuke Honda, Rener Alveş, Ahmed Ahmedovla da yollarını ayırıb. Müqavilələri yenilənən Rəhman Hacıyev və Turan Vəlizadə isə “Keşlə”yə icarəyə göndərilib. Ömər Buludov və Fəhmin Muradbəyli ilə də yeni müqavilə imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: