“Neftçi” daha bir sponsor tapdı

“Neftçi”ni dəstəkləyən şirkətlər arasına daha biri daxil olub.

Arena.az xəbər veirr ki, klubla beynəlxalq avtomobil kirayəsi şirkəti “AVIS”in ölkəmizdəki təmsilçisi “Otokoç Azərbaycan” MMC arasında qarşılıqlı tərəfdaşlıq haqqında razılıq əldə edilib.

Bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb. Xəbərdə ilkin olaraq 1 illik müqaviləyə imza atıldığı diqqətə çatdırılıb.

Razılaşmaya əsasən, bu müddətdə qarşı tərəf mülkiyyətində olan avtomobillərlə klubun nəqliyyat ehtiyaclarının qarşılanmasına dəstək verəcək. “Neftçi” isə şirkətin AVIS markasının əmtəə nişanlarının klubun əsas komandasının oyun geyimlərində, ev oyunlarını və məşqlərini etdiyi meydança kənarlarında, sosial media səhifələrində, “Neftçi TV”də reklam edilməsini təmin edəcək və digər marketinq xidmətləri göstəriləcək.