“Neftçi” “Dinamo” ilə oyunlar üçün 22 futbolçu sifariş etdi

“Neftçi” “Dinamo” (Minsk) komandasına qarşı keçirəcəyi Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsini təqdim edib.

Arena.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Paytaxt klubu Belarus təmsilçisi ilə oyunlar üçün 22 futbolçu sifariş edib. Onların arasında 3 qapıçı, 7 müdafiəçi, 7 yarımmüdafiəçi və 5 hücumçu var.

Qapıçılar: 1. Emin Balayev, 13. Kenan Piriç, 93. Rza Cəfərov;

Müdafiəçilər: 3. Rüfət Abbasov, 5. İqor Ribeyro, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 24. Mustafa Sek, 55. Endryu Qraviyon, 77. Falaye Sako;

Yarımmüdafiəçilər: 4. Elvin Camalov, 6. Sessi D Almeyda, 7. Emil Səfərov, 8. Emin Mahmudov, 18. İfeanyi Metyu, 20. Qustavo Klisman, 70. Andrey Ştoqrin;

Hücumçular: 11. İmad Faraj, 19. Ağadadaş Salyanski, 29. Lyubomir Tupta, 33. Breno Almeyda, 97. Bassala Sambu.

Xatırladaq ki, iyulun 22-də Bakıdakı 8-ci km stadionunda baş tutacaq “Neftçi” – “Dinamo” matçına saat 20:00-da start veriləcək. Cavab görüşü iyulun 30-da Bolqarıstanın Beroe stadionunda keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: