“Neftçi” “Kayrat”a böyük hesabla qalib gəldi – Video

2025/26 mövsümünün qalan hissəsinə Birləşmiş Ərəb Əmirliklərində hazırlaşan “Neftçi” Əbu-Dabidə ilk yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, “ağ-qaralar” bu gün Qazaxıstanın “Kayrat” komandası ilə qarşılaşıb.

“321 Sports Club” stadionunda baş tutan matçda Azərbaycan komandası 3:0 hesabı ilə qalib gəlib. Qolları Ağadadaş Salyanski (67-ci dəqiqə), Vensan Abubakar (89-cu dəqiqə) və Murad Məmmədov (90+2-ci dəqiqə) vurublar.

“Neftçi” sözügedən oyunda bu heyətlə mübarizə aparıb: 1. Emil Balayev (Rza Cəfərov, 65), 5. İqor Ribeyro (17.Murad Xaçayev, 46), 7. Emil Səfərov (19. Ağadadaş Salyanski, 46), 8. Emin Mahmudov (k) (14. Edvin Kuç, 60), 9. Bassala Sambu (45. Vensan Abubakar, 46), 11. İmad Faraj (70. Andrey Ştoqrin, 46), 15. Elvin Bədəlov (82. Məhəmməd Məmmədli, 69), 18. İfeanyi Metyu (4. Elvin Camalov, 46), 23. Cordan Rezabala (47. Murad Məmmədov, 60), 24. Mustafa Sek (22. Luis Ortis, 60), 27. Kristian Kostin (77. Falaye Sako, 73).

Qeyd edək ki, “ağ-qaralar” toplanış çərçivəsində daha 2 oyun keçirəcək. Komanda yanvarın 13-də “Piramids” (Misir), 16-da isə “Çenqdu Ronqçenq” (Çin) ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: