Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Neftçi” bu gün sözügedən turnirin 2026/2027-ci illər mövsümündə ilk oyununa çıxacaq.
Arena.az xəbər verir ki, “ağ-qaralar” bu mərhələdə Belarusun “Dinamo” (Minsk) komandasına qarşı mübarizə aparacaq.
Bu komandalar arasında Bakıda keçiriləcək ilk oyunu Kiprdən olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi FIFA referisi Konstantinos Fellas olacaq. 8-ci km stadionunda baş tutacaq matça saat 20:00-da start veriləcək.
Cavab görüşü iyulun 30-da Bolqarıstandakı Beroe stadionunda keçiriləcək. Həmin oyunun start saatı Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.
Azərbaycan təmsilçisi cavab görüşündə işini çətinə salmamaq üçün cütün taleyinə ilk oyunda aydınlıq gətirməlidir. Əks halda “Dinamo”nu səfərdə mübarizədən kənarlaşdırmaq daha da çətin ola bilər.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
22 iyul
20:00. Neftçi – Dinamo (Minsk)
Hakimlər: Konstantinos Fellas, Marios Kaloqiru,Giorgios Xaralampus, Konstantinos Neofitu (Kipr).
Bakı. 8-ci km stadionu.


