Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünə hazırlığını davam etdirən “Neftçi” bu gün yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, sözügedən komanda Birinci Liqa təmsilçisi “Şahdağ Qusar”la qarşılaşıb.
Paytaxt kubunun eyniadlı Futbol Mərkəzində baş tutmuş görüş “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 22-ci dəqiqədə Rüfət Abbasovun cinah ötürməsindən sonra rəqib futbolçu topu başla öz qapısına göndərib. Bundan 17 dəqiqə sonra Freddi Varqasın ötürməsini Lyubomir Tupta qola çevirib. 63-cü dəqiqədə Varqas qol, Breno Almeyda assist müəllifi olub. Rəqibin qolu isə 81-ci dəqiqədə vurulub.
Baş məşqçi Yuri Vernidub bu oyunda aşağıdakı heyətə güvənib: 1. Emil Balayev (93. Rza Cəfərov, 31 / 13. Kenan Piriç, 61), 3. Rüfət Abbasov (24. Mustafa Sek, 46), 7. Emil Səfərov (4. Elvin Camalov, 67), 8. Emin Mahmudov (k) (20. Qustavo Klisman, 46), 10. Freddi Varqas (19. Ağadadaş Salyanski, 67), 14. Elvin Bədəlov (55. Endryu Qravilyon, 46), 17. Murad Xaçayev (5. İqor Ribeyro, 46), 18. İfeanyi Metyu (6. Sessi D’Almeyda, 46), 29. Lyubomir Tupta (28. Alessio Kurçi, 67), 33. Breno Almeyda (82. Məhəmməd Məmmədli, 67), 77. Falaye Sako (80. Aslan Şirinov, 46).
Xatərladaq ki, “Neftçi” Azərbaycan Premyer Liqasının yeni mövsümünün 1-ci turunda “Sumqayıt”ın qonağı olacaq. İlk turun görüşləri 14-17 tarixlərində keçiriləcək.


