“Neftçi” “Sivasspor”a yoxlama matçında məğlub oldu

“Neftçi” Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirib. Arena.az xəbər verir ki, Prmeyer Liqamızın gümüş mükafatçısı Super Liqada çıxış edən yerli “Sivasspor” klubu ilə üz-üzə gəlib.

“The Sign Esentepe Hotel & Ski Center”in stadionunda baş tutan görüş “ağ-qaralar”ın 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib. Matçdakı yeganə qolu matçın 18-ci dəqiqəsində İsaak Kofi vurub.

Xatırladaq ki, iyulun 6-da “Sakaryaspor”la qarşılaşmış (1:1) Azərbaycan təmsilçisi, ayın 15-dək təşkil olunacaq toplanış çərçivəsində daha bir sınaq matçı keçirməyi planlaşdırır. Lakin həmin oyun üçün rəqib hələ tam müəyyənləşməyib.

Yoxlama oyunu
11 iyul

Neftçi – Sivasspor 0:1

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf bu oyunda aşağıdakı heyətdən yararlanıb:

1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 75. Nihad Qurbanlı, 82. Rüfət Abbasov.

Laurentsiu Regekampf “Sivasspor”a 0:1 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra fikirlərini də bölüşüb. Rumıniyadan olan 47 yaşlı mütəxəssis oyundan razı qaldığını deyib:

“Nəticə məni qane etməsə də, oyundan razı qaldım. Bu gün bəzi epizodları sağa-sola xərclədik.

Hər oyunda həm A, həm də B sistemi olur. Hər iki sistemə hazır olmalıyıq. Yoxlama görüşlərində təzyiq olmadığı üçün bütün səhvləri görə bilirik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: