Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində 2-ci yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, Yuri Vernidubun çalışdırdığı komanda Serbiyanın “Partizan” kollektivi ilə üz-üzə gəlib.
“Partizan”ı ötən mövsüm “Sumqayıt”ın baş məşqçisi olmuş Saşa İşiçin çalışdırır. Bu komanda ilə matç “ağ-qaralar”ın məğlubiyyəti ilə başa çatıb – 0:1.
Yuri Vernidub bu matçda aşağıdakı heyəti meydana buraxıb:
Əsas heyət: Rza Cəfərov, İqor Ribeyro, Emil Səfərov, İfeanyi Metyu, Qustavo Klisman, Mustafa Sek, Lyubomir Tupta, Breno Almeyda, Endryu Qravilyon, Falaye Sako, Bassala Sambu.
Ehtiyat oyunçular: Emil Balayev, Kenan Piriç, Məhdi Həsənov, Nurəziz Əzizov, Rüfət Abbasov, Elvin Camalov, Sessi D Almeyda, Emin Mahmudov, İmad Faraj, Elvin Bədəlov, Murad Xaçayev, Andrey Ştoqrin, Ağadadaş Salyanski, Alessio Kurçi, Aslan Şirinov, Məhəmməd Məmmədli.
Xatırladaq ki, “Neftçi” Sloveniyadakı ilk sınaq matçında Rumıniyanın ÇFR (Kluj) kollektivinə də 1:2 hesabıyla məğlub olmuşdu. Paytaxt təmsilçisi bu toplanış çərçivəsində daha iki yoxlama oyunu keçirəcək. “Ağ-qaralar” iyulun 10-da “Radniçki” (Niş, Serbiya), 13-də isə “Osiyek” (Xorvatiya) ilə qarşılaşacaq.


