“Neftçi”nin Bolqarıstanın ÇSKA (Sofiya) klubundan icarəyə götürdüyü yeni hücumçusu Ahmed Ahmedov artıq Bakıdadır.
Arena.az xəbər verir ki, bolqarıstanlı hücumçu sabah tibbi müayinədən keçəcək.
26 yaşlı futbolçunun Premyer Liqanın 16-cı turunun “Qəbələ” ilə ev oyununda meydana çıxıb-çıxmayacağı onun fiziki durumundan asılı olacaq. Bu barədə yekun qərarı məşqçilər heyəti verəcək.
Qeyd edək ki, “Neftçi” Ahmed Ahmedovu cari mövsümün sonunadək icarəyə götürüb.