Noa Okafor “Milan”ı tərk etdi – “Lids”ə görə

Futbol üzrə İsveçrə millisinin və İtaliyanın “Milan” klubunun hücumçusu Noa Okafor bundan sonra “Lids”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

“Lids” bu transfer üçün “Milan”a 19 milyon avro ödəyib. 25 yaşlı futbolçu ilə 4 illik (2029-cu ilin 30 iyununa kimi) müqavilə imzalanıb.

Xatırladaq ki, Noa Okafor “Bazel”in yetirməsidir. Nigeriya əsilli isveçrəli futbolçu 2020-ci ilin yanvarında 11,2 milyon avro qarşılığında “Bazel”dən “Zalsburq”a keçib. “Milan” Okaforu 2023-cü ilin yayında “Zalsburq”dan 15,5 milyon avroya almışdı. Hücumçu İtaliya nəhənginin heyətində 54 oyuna çıxıb, 7 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Okafor ötən mövsümü “Napoli”də icarədə keçirib. O, Neapol klubunun heyətində cəmi 4 oyuna çıxıb, fərqlənə bilməyib.

Okafor İsveçrənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynadıqdan sonra 2019-cu ildə əsas millidə debüt edib. O, İsveçrə yığmasında 24 oyuna 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 13 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: