“Norviç Siti”dən iki yeni transfer, bir ayılıq

İngiltərənin “Norviç Siti” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Almaniyanın “Verder” klubundan yarımmüdafiəçi Milot Raşiçanı, eləcə də “Sauthempton”un qapıçısı Anqus Qannı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kosovo milli komandasının da üzvü olan Raşiça ilə 4 illik müqavilə imzalanıb. 24 yaşlı yarımmüdafiəçi 3.5 mövsüm idi Bremen təmsilçisinin uğurları üçün çalışırdı. O, bu komandanın heyətində 100 rəsmi matçda 27 qola imza atıb. Raşiça “Verder”dən öncə formasını geyindiyi Niderland “Vitess”ində də 100 matç keçirib, 15 qol vurub.

“Norviç Siti” sabiq qapıçısı Anqus Qann ilə də 4 illik müqavilə bağlayıb. 25 yaşlı ingilis qolkiper peşəkar karyerasına məhz bu komandada başlayıb. O, 2018-ci ildən “Sauthempton”da çıxış edirdi. Qolkiper icarə əsasında “Stok Siti”nin də formasını geyinib.

Premyer Liqa təmsilçisi Qannı transfer etməklə yanaşı, öz qapıçısı Oryan Nilandla da yollarını ayırdığını açıqlayıb. Norveç yığmasının da üzvü olan 30 yaşlı qolkiper bu ilin əvvəlində “Norviç Siti” ilə müqavilə bağlamışdı.