Ömər Buludov “100”ə çatdı

Premyer Liqada mübarizə aparan “Neftçi”nin müdafiəçisi Ömər Buludov Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçunun yubileyi Azərbaycan Premyer Liqasının 27-ci turuna təsadüf edib.

Ömər “Kəpəz”lə ev matçında (2:2) sonradan meydana çıxıb. O, Premyer Liqada yalnız “Neftçi”nin formasını geyindiyi üçün 100 görüşün hamısını elə bu komandada keçirib. Futbolçunun aktivində 4 qol var.

Qeyd edək ki, futbolçunun Azərbaycan çempionatında debütü 2017/18 mövsümündə gerçəkləşib. Ömər Buludov 2017-ci il noyabrın 25-də “Keşlə” (indiki “Şamaxı”) ilə ev matçında (3:1) şans qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: