Paris polisi İsrail idmançılarını və komandalarını xüsusilə qoruyacaq

Paris hüquq-mühafizə orqanları 2024-cü il Olimpiya Oyunları zamanı gücləndirilmiş təhlükəsizlik tədbirləri görəcəklər.

Arena.az bu barədə Fransanın nüfuzlu “Ekip” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, təhlükəsizlik tədbirləri xüsusilə İsrail idmançıları və komandalarının təhlükəsizliyinin təminatına yönələcək. Belə ki, Qəzza zolağında hərbi əməliyyat keçirən İsrailin, idmançıları hər an terror təhlüləsi ilə üzləşə bilərlər.

Polis futbol yarışı çərçivəsində “Park de Prens”də üz-üzə gələcək Mali və İsrail yığmalarının oyunu zamanı 1000-ə yaxın xüsusi təyinatlı əməkdaşını təhlükəsiziliyin təmin edilməsi məqsədilə cəlb edəcək.

Xatırladaq ki, XXXIII Yaya Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Paris şəhərində keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: