“Parma” evdə uduzdu, “Cenoa” və “Sassuolo” qalib gəldi

Futbol üzrə İtaliya A Seriyasında 33-cü tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Turun açılış matçında ötən tur lider “İnter”lə matçda xal qazanan “Spetsiya” “Cenoa”nın qonağı olub. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.

“Parma” autsayder “Krotone” ilə qarşılaşıb. Yeddi qolun qeydə alındığı bu oyun qonaqların qələbəsiylə yekunlaşıb.

“Sassuolo” isə “Sampdoriya”nı məğlub yola salıb.

İtaliya A Seriyası
33-cü tur
24 aprel

Cenoa – Spetsiya 2:0
Qol: Skamakka, 62. Şomurodov, 86.


Parma – Krotone 3:4
Qol: Hernani, 29. Jervinyo, 49. Mihaila, 54 – Maqallan, 14. Simi, 42; 69-pen. Unas, 45+1.


Sassuolo – Sampdoriya 1:0
Qol: Berardi, 69.


25 aprel

14:30 Benevento – Udineze
17:00 Fiorentina – Yuventus
17:00 İnter – Verona
20:00 Kalyari – Roma
22:45 Atalanta – Bolonya

26 aprel

20:30 Torino – Napoli
22:45 Latsio – Milan

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: