Türkiyənin “Pendikspor” klubu Super Liqanın 14-cü turunda “Qalatasaray”a qarşı keçirdikləri oyunun hakimliyindən narazı qalıb.
Arena.az məlumat verir ki, sözügedən komanda ötən gün öz meydanında “Qalatasaray”a 0:2 hesabıyla məğlub olub.
İstanbul təmsilcisi matçdan sonra hakimin qərarlarına qarşı sərt reaksiya göstərib. Klubun yaydığı bəyantda bunlar qeyd olunub:
“Bu axşam Türkiyə futbolu üçün qara gecələrdən birini yaşadıq. Bütün ölkənin gözləri qarşısında bir türk hakiminin düşdüyü aciz vəziyyət; ölkəsinə, dəyərlərinə və ölkə futboluna inanan “Pendikspor” camiəsi adına utanaraq izlədik.
Sanki fit çalmaqdan qorxan, iki təmiz penaltimizi verməyən, bütün qərarlarını rəqibimizin leyhinə istifadə edən hakim idarəçiliyi var idi. Təəssüf ki, fit çalmadığı epizodları gördüyünü oyun sonu etiraf edən bu hakimin düşdüyü vəziyyətə kədərləndik, hətta utandıq. Ötən mövsüm “Rizəspor” matçında yaşadığımız hakim faciəsinin xatirəsi daha təzə ikən, eyni hakim tərəfindən yenə bir idarəçiliyin rüsvayçılığnı yaşadıq. Həmişə idarə etdiyi “Pendikspor” matçındakı qalmaqallı qərarları ilə yaddan qalan Volkan Bayarslanın məqsədinin nə olduğunun cavabını Mərkəzi Hakimlər Şurasıdan gözləyirik. Belə hakim səriştəsizliyini və səhvlərini aradan qaldırmaq üçün bütün dünyada tətbiq olunan VAR sistemi təcili olaraq ölkəmizdə də tətbiq edilməlidir. Türk futbolunun marka dəyərini yüksəldəcək yeganə amil oyun içindəki ədaləti təmin etməkdir”.
Xatırladaq ki, ötən gün keçirilən daha bir oyunda – “Alanyaspor”la “Konyaspor”un görüşündə də konyalılar hakim idarəçiliyindən narazı qalmış və bəyanat yaymışdılar.
Nihad Əsədov


