“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində “Bləkbörn” üzərində qələbəni (2:0) şərh edib.
Arena.az “Çelsi”nin rəsmi saytına istinadən argentinalı mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Şənbə günündən sonra oyunda qalib gəlmək və yarışın növbəti mərhələsinə yüksəlmək bizim üçün vacib idi. Çox məqamlar vardı, daha soyuqqanlı olmalıyıq, amma bunu Şənbə günündən bu günə qədər dəyişmək olmaz. Zamanla əminlik gələcək.
Amma müsbət məqamlar da çox oldu. Bizim üçün bu vacib turnirdə qalmaq və mərhələ keçmək, özünəinam yaratmaq vacib idi. Benua Badyaşil və Ris Ceyms kimi oyunçular bir saat oynamaq imkanı əldə etdilər. Bu, vacib idi. Mən bütün əməkdaşlarımla danışdım və dedim ki, noyabrda bu, vəziyyətə və komandaya gəlmiş oyunçulara görə mövsümöncəsi oyun kimi görünürdü”, deyə Poçettino bildirib.
“Çelsi”ni 1/4 finalda iddialı “Nyukasl” sınağı gözləyir.
Xatırladaq ki, oktyabrın 28-də Premyer Liqanın 10-cu turu çərçivəsində “Çelsi” “Brentford”a 0:2 hesabı ilə məğlub olub. “Zadəganlar 12 xalla turnir cədvəlinin 11-ci pilləsin qərarlaşıblar.


