“Çelsi”nin aregentinalı baş məşqçisi Maurisio Poçettino Premyer Liqanın 11-ci turunda “Tottenhem” üzərində qələbəsini (4:1) şərh edib.
Arena.az BBC-yə istinadən Poçettinonun müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Düşünürəm ki, biz əvvəlcədən planlaşdırdığımızdan 22 dəqiqə çox oynadıq. Bu, heyrətamiz oyun idi və biz özünə tam inamı olan komanda ilə qarşılaşdıq.
Bizə inamımızı artırmaq lazım idi və bu, bizim üçün vacib qələbə idi. Oyunu müxtəlif cür təhlil etməli olduq, amma onları səhv etməyə məcbur etdik və komanda yaxşı xasiyyət nümayiş etdirdi. Oyunda qalib gəldik və istədiyimizə nail olduq”, deyə “Poç” sadə izah verib.
Vurğulayaq ki, Maurisio Poçettino İngiltərə Premyer Liqası çərçivəsində keçmiş komandasını məğlub etmiş dördüncü məşqçi kimi tarixə düşüb.
Əvvəllər “Tottenhem”in daha üç sabiq məşqçisi Premyer Liqada “mahmızlar” üzərində qələbə qazanmışdı. Bunlar Kris Hyuton, Martin Yol və Tim Şervuddur.
Qələbə sayəsində “Çelsi” 15 xal toplayıb və turnir cədvəlində mövqeyini yaxşılaşdıraraq “ekvator”da, 10 pilldə yer alıb. “Zadəganlar”dan alınmış ağır ev məğlubiyyəti oyuna qədər 26 xalla Premyer Liqanın potensial lideri olan “Tottenhem”ə bu liderliyini itirmək bahasına başa gəlib. Angelos Postekoqlunun yetirmələri “Mançester Siti”ni irəli buraxıblar. “Şəhərlilər” 27 xalla Premyer Liqanın vahid lideridirlər.


