Postekoqlu: “ÇL-i qazanmaq istəyən oyunçu “Tottenhem”ə keçməz”

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu komandasında hansı futbolçunu görmək istəməsi haqda sualı cavablayıb.

Arena.az jurnalist Ben Ceykobsa istinadən avstraliyalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Əgər oyunçu Çempionlar Liqasını qazanmaq istəyirsə və bu, ona gərək olan hər şeydirsə, o, “Tottenhem”ə getməyəcək. Sadəcə, Çempionlar Liqası klubuna keçəcək. Mən istəyirəm ki, “Tottenhem”ə klubu tanıyan və qarşılaşdığımız fəsadı anlayan insanlar gəlsinlər.

Qarşıda bizi bir fəsad gözləyir. Biz digər klublardan bir müddət uğur qazanmamağımızla fərqlənirik, ona görə də mən belə deyəcək bir insan axtarıram: “Bilirsən, onlar Çempionlar Liqasında olmasalar da, əgər onlarla kubok qazansam, bu, karyeram üçün bir şey demək olar. Mən bu döyüşə hazıram”, deyə Postekoqlu bildirib.

Xatırladaq ki, “Tottenhem”in qazandığı son qənimət 2008-ci il İngiltərə Liqa Kuboku olub.

İngiltərə Premyer Liqasının 30 turundan sonra “Tottenhem” 57 xalla yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Premyer Liqaya 70 xalla “Liverpul” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: