“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu ingilis hücumçu Harri Keynin “Bayern”ə transferinə münasibət bildirib.
Arena.az xəbər verir ki, yunanəsilli avstraliyalı mütəxəssis London klubunun liderini Almaniya nəhənginə satmasını belə şərh edib:
“Klubdakı ilk günümdə Harri ilə yazışırdıq. O, dürüstlüklə mənə dedi ki, əgər onlar – “Tottenhem” və “Bayern” razılaşsalar, bu halda o, gedəcək. O, ilk oyuna qədər hər şeyin aydın olmasını istəyirdi və mən də onunla razılaşdım.
Düşünmürəm ki, Harrini əvəz etmək mümkündür. Düzünü desəm, biz bunu çoxdan planlaşdırırdıq. Bunun baş verməli olduğunu anlamaq üçün çox təhqiqat aparmağa ehtiyac yoxdur. İndiyə qədərki işimiz bunu əks etdirir. Mənim bütün strategiyam Harrinin güman ki, bizimlə olmaycağına dayanırdı, buna görə də səhər bir şeyə təəccübləndiyimiz kimi deyildi”, deyə Postekoqlu bildirib.
Xatırladaq ki, “Tottenhem” “Bayern”in 100 milyon avro məbləğdən və əlavə bonuslardan ibarət təklifini nəhayət ki, qəbul edib. Keyn isə Almaniya çempionu ilə 4 illik müqavilə bağlayıb.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngils hücumçu 2011-ci ildən “mahmızlar”ın əsas komandasında çıxış edirdi. Geridə qalmış 2022/2023 mövsümündə o, London klubunun hetyətində 49 oyuna çıxıb, 32 qol vurub, 5 məhsuldar ötürmə verib.


