“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu İngiltərə Premyer Liqasının 33-cü turunun “Nottingem Forest”lə oyununu (1:2) şərh edib.
Arena.az “Sky Sports” dərgisinə istinadən, yunanəsilli avstraliyalı mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Məğlub olduğumuz daha bir oyun, hansında ki, məğlub olmamalı idik. Bu, kədərlidir, çünki biz görkəmli futbol sərgilədik. Biz tamamilə üstünlük saxlamışdıq. Ancaq bu, növbəti yolverilməz məğlubiyyətdir. Mən narazıyam, elə, oyunçularım da. Biz, öz ölçülərimizi doğrultmadığımıza görə, bu məqamda cavabdehliyi öz üzrəimizə götürməliyik”, deyə Postekoqlu vurğulayıb.
Xatırladaq ki, “mahmızlar” Premyer Liqanın cari mövsümündə meydandan 18-ci dəfə məğlub ayrılıblar. Beləliklə “Tottenhem” 2003/2004-cü illər mövsümündə yaşadığı uğursuzluğuna daha da yaxınlaşıb. Onda “mahmızlar” Premyer Liqa mövsümünü 19 məğlubiyyətlə başa vurmişdular. Göründüyü kimi, “Tottenhem” bu bərbad nəticəsini daha da “yaxşılaşdıra” bilər.
33 oyundan topladıı 37 xalla “Tottenhem” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 16-cı pilləsində qərarlaşıb. “Nottingem Forest” isə 60 xalla 3-cü pillədədir.
Premyer Liqaya 79 xalla “Liverpul” başçılıq edir.


