Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün yekunları əsasında mövsümün ən gözəl qolu açıqlanıb.
Arena.az bu barədə İngiltərə Premyer Liqasının mətbuat xidmətinə istinadən məlumat verir.
Qalib qolun müəllifi “Mançester Siti”nin 26 yaşlı misirli mərkəz hücumçusu Ömər Marmuşdur.
Marmuşun, İngiltərə çempionatının 37-ci turunda “Bornmut”la ev oyununda (3:1) uzaq məsafədən “doqquzluğa” göndərdiyi qol mövsümün ən gözəl qolu seçilib. Marmuş vurduğu qol müqabilində müvafiq mükafatla təltif edilib.


